Ukrayna Mədəniyyəti

Ukraynanın qonşu millətlərlə IX əsrə və qədim Rus dövlətinə qədər uzanan ortaq mədəniyyəti və tarixi vardır. Ortaq adət və ənənələr Ukrayna, Belarus, Ukrayna Kazakları və Orta Asyanın Türk xalqlarının mədəniyyətləri arasında yayılmışdır. Pravoslav kilisəsinin və Slavyan mifologiyaların Ukraynanın mədəniyyətinə önəmli təsiri olmuşdur. Sovet dövrü isə bir-biri ilə əlaqəsi olmayan mədəniyyətləti vahid dildə birləşdirmişdi.

Ukraynalılar Slavyan əsillidirlər, ölkənin 75% əhalisi etnik ukrayndır. Ən böyük azınlıq isə təxminən 20% ilə ruslardır, əlavə olaraq belruslar, bolqarlar, polyaklar, macarlar və rumınlar digər azınlıq qruplarını əmələ gətirirlər.

Ukrayna Mədəniyyəti

Vechornytsi kimi ictimai yığıncaqların Ukrayna mədəniyyətində Aqədim tarixi vardır, bundan əlavə “İvan Kupala günü” “Maslenitsa” “Koledovanie” və “Malanka” kimi ənənəvi bayramlarda çoxlu insan bir yerə yığılır. “Razom nas bahato, nas ne podolaty” isə həm qədim, həm də müasir ukraynalıların çox məşhur mədəni və siyasi süarıdır, mənası “Birlikdə biz çoxuq! Biz məğlubedilməzik!”

Ukrayna Mədəniyyəti

Ukraynalılar çox səxavətli və qonaqprəvərdirlər. Yeyintilər bütün social ortamlarda özünü göstərir. Qonaqlara həmişə yemək və içki təklif olunur. Başqasının önündə yeyərkən ona da təklif etmək, ukraynalılar tərəfindən mədəniyyət əlaməti sayılır.

Ukrayna qadınları görüşərkən soldan başlayaraq yanaqlardan üç dəfə öpüşürlər, kişilər isə salamlaşır və ya qucaqlaşırlar. Hədiyyə dostluğun simbolu olduğundan, bahalı olmağına ehtiyac yoxdur Əgər ukrayn evinə yemək üçün dəvət olunubsunuzsa, hədiyyə aparmaq nəzakət sayılırı, tort, gül və ya içki kimi. Güllərin sayı tək ədədlər olmalıdı və sarı güllərdən yayınmaq lazımdır.

Əhalinin 40 faizi özünü ateist kimi, digər 37 faizi isə pravoslav kimi qələmə verir. Son illərdə müsəlman, yəhudi və protestanların sayında artım müşahidə olunur.

Baxmayaraq ki, çox insan özünü ateist kimi qələmə verir, ukraynalılar çox mövhümatçıdırlar. Əgər siz onların inancına görə zərər gətirən hər hansısa bir şey etsəniz, məsəlçün daş pilləkanlarda otursanız, birisi sizə əminliklə deyəcək ki, siz hərəkətlərinizə görə (yəni oturmağınızla) xoş olmayan hadisə baş verə bilər.

Ukrayna Mədəniyyəti

Ənənəvi Ukrayn mətbəxi cücə, donuz əti, mal əti, balıq və göbələklər ilə zəngindir. Bununla yanaşı, ukraynlar çoxlu kartof, taxıl və tərəvəz yeyirlər. Məşhur ənənəvi yeməklərdən varenyky, nalysnyk, kapusniak, borsch, holubtsy və pierogi-ni missal gətirmək olar. Kiev kotleti və Kiev tortu-da həmçinin çox məşhurdur.

Ukrayna Mədəniyyəti Ukrayna Mədəniyyəti Ukrayna Mədəniyyəti

 

 

 

 

 

 

Ən məşhur idman, bir çox yerdə olduğu kimi futboldur, üst liqa isə “Vyscha Liha” (Premyer liqa) adlanır. Çoxlu ukrayn SSRİ-nin futbol komandasında oynayıb, ən məşhurları isə Qızıl Top-un sahibləri olan, İlhor Belanov və Oleh Bloxin-dir, SSRİ- nin dağılmasından sonra isə məşhur futbolçu Andriy Şevçenko da Qızıl Top mükafatı ilə təltif olunmuşdur. 2006-ci il FİFA Dünya Çempionatında dördə bir finalda çempion olan İtalyanlara uduzmuşdular. Ukraynalılar boksda da bor sıra uğurlar qazanmışdır, Vitali və Vladimir Klitçko ağır çəki üzrə dünya çempionu kəmərinin sahibi olmuşdular.

Xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan məşhur Pasxa yumurtaları dünyada məşhurdur. Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbrin simvolu hesab edilir. Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.

Ukrayna Mədəniyyəti