Serbiya Mədəniyyəti

                 Serbiya Medeniyyeti

Serbiyanın Mədəniyyəti

Uzun əsrlər boyunca Şərqlə Qərbin sərhədində yerləşən Serbiya, Bizans imperiyası, Macarıstan imperiyası, orta əsrlərdə Osmanlı imperiyası və Habsburq imperiyasının təsirinə məruz qalmış və nəticədə ölkənin şimalının Mərkəzi Avropa, cənubunun isə Balkanların, hətta Aralıq dənizinin xarakterlərini daşımaqla özündə ovsunlayıcı və müxtəlif mədəniyyət çeşidliliyinə yol açan özünəməxsus bir mədəniyyətin yaranmasına səbəb olmuşdur. Bizans Serbiya mədəniyyətində, xüsusilə pravoslavlıq vasitəsilə dərin iz buraxmışdır, təsadüfi deyil ki, Serb monastırları orta əsrlərdən qalmış çox dəyərli abidələrdən təşkil olunmuşdur.

Serb memarlığı-ında önəmli yer tutan Roma və Bizansın memarlıq irsi özünü şəhərlərdə, saraylarda və monastırlarda büruzə verir. Serbia monastırları, divarlarındakı fresko və rəsmləri ilə orta əsrlərin tarixini daşıyırlar. Studenica (1190) monastırı Konstantinopoldan gələn ustalar tərəfindən tikilmiş bu əsrarəngiz tikili sonradan  MileševaSopoćaniŽičaGračanica və Visoki Dečani kimi tikililərə model olmuşdur. Ən məşhur Serb orta əsr freskosu Mironosnice na Grobu (və ya “Ağ Mələk”) Mileševadadır.

2

Serbiya musiqisi deyəndə yəqin ki, ağıla ilk olaraq Eurovision 2007-in qalibi olmuş Marija Šerifović və onun məşhur mahnısı “Molitva” gəlir, çoxumuz o anları xatırlayır və ürəyimizdə  mahnını oxumağa başlayırıq. Lakin serblər öz musiqilərindən söz açanda müasir Serb musiqisinin atası sayılan Stevan Stojanović Mokranjac-I xatırlayırlar. Klassik musiqiləri, üç dənə opera evləri və simfonik orkestrləri ilə musiqi tarixinda öz yerini tutan serblərin xalq musiqiləri ilə də fərqlənirlər. Ənənəvi serb xalq mahnıları fleyta, truba, lavta və psaltery kimi musiqi alətlərini əhatə eləyir. Kolo ənənəvi kollektiv bir rəqsdir, slavyanlar arasında yayılmış məşhur oyundur. Bu oyun adətən Serb dağlıqlarındakı bir simli skripka olan gusle ilə müşayiət olunurdu.

3

Söhbət Serb mətbəxindən gedəndə nəzərə almalıyıq ki, böyük ölçüdə müxtəlif növlü olan bu dadlı mətbəx özündə Balkanların, Aralıq dənizi (xüsusilə Yunan) ölkələrinin, Türklərin, Mərkəzi Avropanın (xüsusilə Avstriya və Macarıstan) mətbəxini birləşdirir. Çörək bütün Serb yeməklərin özülünü təşkil edir və Serb mətbəxində çox önəmli yer tutur, hətta dini rituallarda belə görmək olar. Ənənəvi Serb qarşılaması çörək və duzun qonağa təqdim edilməsi ilə başlayır. Ət geniş şəkildə istehlak olunur, əsasən da balıq şəklində. Serblərin özəl yeməkləri bunlardır; Cevapčići (qızardılmış və baharatlı, qiymə-qiymə doğranmış ətdən hazırlanmış sosiskalar), pljeskavica, sarma, kajmak  (bildiyimiz qaymaq), gibanica (pendir və kajmak piroq), ajvar (qovrulmuş qırmızı bibər), proja və kačamak (qarğıdalı unu püresi). Rakia və Slivovitz burada çox məşhurdur, hətta serblər rakianın vətəninin Serbiya olduğunu iddia edirlər.  Bundan əlavə burada Türk təsiri olan kifle, baklava, cevapcici, Avstriya yeməklərindən – torten və schnitzel və yaxud da ki, Serb Monarxlarının yeməyi olan Karadjordjevic star-dan dada bilərsiniz.

4

Yəqin ki, bir çoxlarımız Serbiya haqqında Serbiya idmanı-nın müvəffəqiyyətlərindən sonra eşitmişik. Sport Serb cəmiyyətində önəmli rol oynayır, bununla yanaşı ölkənin güclü idman tarixi vardır.  Ölkədəki demək olar ki, hər kəs futbola baxır və sevir, üstəlik serblər fanatik olmaqları ilə bilinirlər.  Nemanja Vidić, Dejan Stanković və Branislav Ivanović Avropanını elit klublarında oynayana məşhur serblərdir. Red Star, Partizan ölkədəki ən məşhur futbol klublarıdır. Tennisdəki son uğurlar isə Serbiyada tennisə böyük maraq oyadıb.  Novak Đoković, məşhur serb tennisçisi on iki dəfə Grand slam çempionu olmuş, 2011, 2012, 2014 və 2015-də dünyanın ən yaxşısı olmağı bacarmışdı. Ümumiyyətlə ölkədəki ən məşhur idman növləri  futbol, basketbol, tennis, volleybol, su polosu and həndbol.

5

Bundan əlavə Serblər əylənməyi sevən millətdirlər, ona görə festivallar və bayramlarla zəngindir. Bayramların çoxusu əsasən dinidir. EXIT – ən məşhur festivallardan biridir, Serbiyanın ikinci ən böyük şəhəri Novi Sadda və yayda keçirilir. Möhtəşəm festival düz dörd gecə davam edir və xüsusi bir yerdə – XVII əsr Petrovaradin qalasında, Danube çayının sağ sahilində keçirilir. Dünyadakı ən məşhur truba festivalı da Serbiyadadır, GUČA  festivalı. Bu balaca bir şəhər olan Gučada keçirilir. Turistləri diqqətini cəlb edən festival, dünyanın hər tərəfindən musiqi sevərləri, eyni zamanda Balkan musiqi heyranlarını özünə cəlb edir.

6

Əgər bir caz heyranısanız, Serbiyadakı Nišville festivalını qətiyyən qaçərmayın, Serbianın Niš şəhərində XVIII əsrə aid qalada keçirilən festivalda 50-dən çox qrup, şəhərin mərkəzindəki beş səhnədə çıxış edir. Nišville müxtəlif musiqi proqramı təklif edir, məşhur superstarlardan tutmuş, regional musiqiçilərə kimi, ona görə də bu möhtəşəm musiqi festivalını qaçırmamaq üçün çoxlu turist axışır.

Müəllif: Hüseyn Şahinqulu