Serbiya Haqqında 7 Maraqlı Fakt

Untitled-1-Recovered

1. Qonaqpərvər Və İstiqanlı Serblər

Bu sadəcə sözdə olan bir şey deyil – beynəlxalq sorğuların statistikasına görə serblər dünyanın ən qonaqpərvər xalqarından biridir. Bəlkə də bu adətin kökləri qədim slavyan inancına əsaslanmışdır. İnanca görə qonaqlara öz qonaqpərvərliyini göstərməyənlər Tanrıların mərhəmətini qazanamazdılar. Ona görə də, serblər çox istiqanlı olmaqla bərabər, həm də çox ünsiyyətcildirlər. Əgər bir serb sizi evinə qonaq çağırırsa kiçik hədiyyə almağı lazımdır. Evə girərkən ayaqqabını soyunmaq hörmət əlamətidir.

Serbia

Bundan əlavə şəhərin bütün sakinləri yeni fikirləri, əyləncəyi çox sevirlər, bir çox belgradlı özlərini hedonist adlandırarlar. Xoş söhbətləri, uzun yürüyüşləri, qəhvəni və həftə sonlarını maraqlı keçirməyi sevməkləri ilə bilinən serblər hərəkətdə olmağı da çox xoşlayırlar. Ona görə də, küçələr, kafe və restoranlar hər zaman insanlarla doludur.

Serbia

2. Elm

Serblər elm tarixinə Nikola Tesla kimi bir dahi bağışlamışlar. “Elektirikin Tanrısı” adı ilə tanına məşhur alim öz zamanını qabaqlamış, elektrik dalğalarını, hertz dalğalarında olduğu kimi atmosfer vasitəsilə köşürməyə çalışaraq insanlara pulsuz elektrik təchiz etmək istəmişdir. Alimə verilən dəstəklərin geri çəkilməsinə baxmayaraq öz imkanları ilə ildırımdan belə daha güclü elektrik qövsü yaratmağı bacarmış alim 8 dildə səliş danışa bilirmiş (Tesla Bobini vasitəsilə). İndi isə bu dahi alim haqqında bilgilər və sənədlər Nikola Tesla müzeyində sərgilənir.

Serbia

3. Şeytanın yuvaları!

Serbiyadakı ən maraqlı təbiət hadisələrdən biri də yerlilər tərəfindən Şeytanın şəhərciyi adlandırılan yerdir. Bu 220 fiqurdan ibarət olan və torpağın aşınmasından əmələ gələn qəribə formalı, daş-başlı, “İ” hərfinə bənzər sütunlar kompleksidir.

Serbia

4. Qədim Belgrad

Belgrad Avropanın ən qədim şəhərlərindən biridir, 7000 ildir ki, insanlar burada davamlı olaraq məskən salmışlar. Şəhərin kənarlarında Mis dövrünün ən görkəmli iki mədəniyyəti ilə qarşılacaqsınız, Vinča və Starčevo. Vulkanik şüşə – “obsidian” ticarəti ilə məşhurluq qazanan şəhər Avropadakı və Orta Şərqdəki şəhərlərlə ticarətdə pionerlik etmişdir.

Belgrad öz tarixi və görməli yerləri ilə turistləri özünə çəkir. Skadarlija, Milli Muzeyi və ona bitişik Milli Teatrı, Zemun, Nikola Pašić meydanı, Terazije, Tələbələr Meydanı, Kalemegdan qalası, Knez Mihailova küçəsi, Parlament binası, Saint Sava kilisəsi və Köhnə Saray kimi yerləri ilə Belgrad turistləri ovsunlayır. Bundan əlavə, çoxlu parklar, heykəllər, muzeylər, kafelər, restoranlar və çayın hər iki tərəfindəki mağazaları ilə məşhurdur, Avala abidəsi və Avala qülləsi ilə şəhəri seyr etmək olar.

Serbia

5. Roma İmperatorlarının Doğum Yeri

Maraqlıdır ki, 18 Roma İmperatoru müasir Serbiyanın ərazisində doğulub. Ən məşhuru yəqin ki, I Konstantin – Roma imperatoru idi, hansı ki, Xiristianlığı rəsmi din olaraq tanımışdı. Bundan əlavə Serbia 4 Roma paytaxtından birinə ev sahibliyi edirdi – qədim şəhər Sirmium, indiki Sremska Mitrovica.

6. Dadlı Mətbəx

Dadlı bir Belgrad burek-i ilə gözəl bir qəlyanaltı edə bilərsiniz, təsadüfi deyil ki, çox dadlı olan burek şəhərdə kilolarla satılır. Belgradlılar əti çox sevirlər, ona görə də, bu şəhəri, yəqin ki, vegeteriyanların cənnəti adlandırmaq düzgün olmazdı. Buranın yeməkləri sizi regionun tarixinə səyahətə götürəcək; Burada Türk təsiri olan kifle, baklava, cevapcici, Avstriya yeməklərindən – torten və schnitzel və yaxud da ki, Serb Monarxlarının yeməyi olan Karadjordjevic star-dan dada bilərsiniz.

Serbia

7. Həşəratların Rəqsi

Əgər siz ömrünüzdə bu hadisə ilə qarşılaşmamışsınızsa, onda iyunda Serbiyaya gəlin. Bu rəqs “Tisza Çayının Çiçəklənməsi” (Blooming of Tisza River) adlanan təbiət hadisəsi zamanı baş verir. Palingenia longicuada adlı həşərat həyatın və ölümün romantik və melanxolik rəqsi ilə tamaşaçılara 12 dəqiqə ərzində xoş və əyləncəli anlar yaradır.

          Müəllif: Şahin Hüseynqulu