Bu yay AİESEC in Azerbaijan təşkilatı 200-dən çox gənci bu təcrübə proqramına göndərməyi planlaşdırır. Bu yay üçün partnyor ölkələrə bunlar daxildir: Bosnia və Herseqovina, Xorvatiya, Türkiyə, Ukrayna, Mərəkeş, Slovakiya, Bolqarıstan, Şri-Lanka və İndoneziya. Təcrübə proqramları əsasən May, İyun, İyul və Avqust aylarında baş tutacaq. (istisnalar ​mümkündür)

AIESEC dünyanın 126 ölkəsində fəaliyyət göstərən dünyanın ən böyük tələbə gənclər təşkilatıdır. Bu
tamamilə gənclər tərəfindən idarə olunan, gəlir əldə etməyən qeyri-hökümət təşkilatıdır.
Son iki ildə təşkilat 200-dən çox tələbəni xarici ölkələrdə təcrübə proqramına göndərməyə nail olmuşdur. Təşkilatın sponsor və dəstəkçiləri kimi “ Gənclər və İdman Nazirliyi”, “Azərfon” MMC və “GoldenPay”-i qeyd etmək istərdik.
AIESEC təşkilatı gənclərə liderlik qabiliyyətinin aşılanması ​və ​üçün​​ Global Citizen beynəlxalq mübadilə proqramını təklif edir.
“Global Citizen” – 6 həftəlik xaricdə təcrübə proqramıdır. Bu proqram gənclərə könüllü kimi çalışaraq xarici mədəniyyətləri kəşf etmək​, ​şəxsi inkişaf,​ ​liderlik bacarıqlarını artırmaq şansı verir. Global Citizen Təcrübə proqramı gənclərə 6 həftə fərqli bir ölkədə, beynəlxalq bir komanda ilə yaşayıb işləyərək tam fərqli bir təcrübə qazanmaq imkanı verir.
Hər hansı bir aydın olmayan məqam olduqda qeyd olunan nömrə ilə əlaqə saxlayın.
​Mob: 0517607433