“Global Volunteer” Proqramının Gələcək Faydaları

Bir çox gənc “Global Volunteer” proqramına qoşulmaq istəyəndə ilk bu sual haqqında düşünür:

“Global Volunteer mənə, mənim gələcəkdəki həyatım və kariyeram üçün nə qazandıracaq?”

Bu sualın cavabı isə tək bir cümlə ilə açıqlana bilməz dərəcədə genişdir.

Global Volunteer” proqramına qoşulub xaricə gedən gənclər, vətənə döndükdən sonra özlərində bir çox dəyişiklik olduğunu hiss edirlər və qayıdandandan sonrakı görüşlərimizdə “Bu proqram mənim həyatımı dəyişdi” cümləsini istifadə edən iştirakçılarımız çox olub. Təsadüfi deyil ki, AIESEC üzvləri özlərini “Life-Changers”, yəni insanların həyatlarını dəyişənlər adlandırırlar.

Bir gəncin baxışından bunu belə izah edə bilərik:

-Təsəvvür edin ki, evdə oturub ailəlikcə televizorda və ya sosial mediada başqa ölkələrdə sosial proyektlərdə işləyən gəncləri görür və qibtə edirsiniz.

Amma, AIESEC vasitəsilə siz asanlıqla bu layihələrə qoşulur və xarici ölkədə dünyanın hər tərəfindən gələn müxtəlif etnik kimliyə və mədəniyyətə malik olan insanlarla birlikdə layihələrdə könüllü olaraq işləyirsiniz. Bu ilk öncə sizin dil, ünsiyyət bacarıqlarınıza əhəmmiyətli dərəcədə təsir göstərəcəkdir ki, gələcəkdə, iş axtaranda və ya başqa sahələrdə sizə çox avantaj yaradacaq. Təcrübə proqramından qayıdan iştirakçılar dil bacarıqlarının, bundan əlavə beynəlxalq mühitdəki kommunikasiya bacarıqlarının inkişaf etdiklərini vurğulayıblar.

Əlavə olaraq, təcrübə proqramında olmuş gənclər, bu proqramın onların peşəkar bacarıq və biliklərini təkmilləşdirməsində xeyli rolu olduğunu xüsusilə vurğulayıblar. Çünki beynəlxalq mühitdə, əcnəbilərlə ingilis dilində işləmək istər-istəməz öz müsbət təsirini buraxacaqdır.

Təcrübəçilərimiz orada bəzən təcrübə proqramının çox əyləncəli olduğunu, bəzəndə çətinliklərlə qarşılaşdıqlarını və bu çətinlikləri necə yendiklərini danışıblar. O çətinlikləri yenmək onlara həyatlarında və iş yerlərində də qabağlarına çıxacaq olan çətinlikləri necə idarə etməyi öyrədir.

Ümumiyyətlə, həyatında bir dəfə olsun belə xaricdə olmuş şəxslər o günlərin onların həyatına xoş və maraqlı yeniliklər və təcrübə qatığını söyləyiblər. Bizim iştirakçılar isə xaricdə 6-8 həftə ərzində qalıb, işləyib və səyahət edirlər, ona görə də təəccüblü deyil ki, iştirakçılar təcrübə günlərinin onların həyatında həmişəlik qalacağını və həyata baxış bucağını dəyişdirdiyini söyləyiblər.

Ona görə də, əgər həyatınızı təkmilləşdirəcək və yeni bir şeylər qatacaq bir layihə istəyirsinizsə, AIESEC-in gənclərə təklif etdiyi bu əvəzedilməz şansı qaçırmayın. AIESEC veb-saytına daxil olun, qeydiyyatdan keçin və öz hekayənizi yazacağınız layihəni seçin, qəbul olun və çantanızı götürüb həm öz həyatınızı, həm də dünyayı dəyişdirmək üçün bir an öncə yola çıxın.

Müəllif: Şahin Hüseynqulu