“Global Village” festivalı Fəvvarələr meydanında! – Qış 2017

AIESEC Azərbaycan, “Soyuq əllər, isti ürək” yarmarkası çərçivəsində Fəvvarələr meydanında, “Global Village” mədəniyyətlərarası festival təşkil edib.

Global Village 2017

“Global Village” Mədəniyyətlər Festivalı 2011-ci ildən bəri hər il AIESEC Azərbaycan tərəfindən təşkil edilən və müxtəlif mədəniyyətləri bir yerə toplayan, ilin ən rəngarəng tədbiridi. 13 yanvar tarixində, AIESEC AzərbaycanAmapola Exclusive Events Agency əməkdaşlığı nəticəsində, “Global Village” festivalı “Soyuq əllər, isti ürək” yarmarkası çərçivəsində baş tutmuşdu.

Global Village 2017   Global Village 2017

“Global Village” festivalı yarmarkanın istirahət zonasında keçirilmişdi və 2017-ci ilin ən rəngarəng və ən böyük festivalı idi, harada ki 10 ölkənin nümayəndələri ilə birlikdə qonaqlar üçün dostluq ab-havası yaradılmışdı. Tədbirin qonaqları dünyanın müxtəlif mədəniyyətlərinin musiqisi, incəsənəti, rəqsləri, mətbəxi ilə tanış oldu.

Global Village 2017

Festival da iştirak edən qonaqlar Rusiya, Qırğızıstan, Əfqanıstan, Çin, Ukrayna, Cənubi Koreya, Yunanıstan, İndoneziya, Misir kimi ölkələrin nümayəndələri ilə tanış oldular. Tədbirin iştirakçıları AIESEC Azərbaycan təşkilatının həyata keçirdiyi “World for Kids”, “Dream Catcher”, “Game of Schools”, “EduChange”, “Children of the Future”, “Talk out Loud” kimi sosial layihələrin könüllüləridi.

Global Village 2017 Global Village 2017

Tədbirimizdə öz ölkələrini təmsil edən Cənubi Koreya, İndoneziya, Misir və Yunanıstan səfirliklərinə minnətdarlığımızı bildiririk. AIESEC Azərbaycan təşkilatın əsas dəstəkçiləri Nar, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyidir.

Global Village 2017