AIESEC Azərbaycan Avropanın ilk 3 və dünyanın ilk 5-liyinə daxil edildi. 

2016-cı il fəaliyyətinə və ötən ilə nisbətdə olan inkişafına görə AIESEC Azərbaycan qlobal AIESEC ölkələri arasında ilk sıralarda yer alıb.
AIESEC dünyanın 128 ölkəsində fəaliyyət göstərən və gənclər tərəfindən idarə olunan ən böyük gənclər təşkilatıdır. AIESEC-in əsas məqsədi gənclərdə liderlik bacarıqlarının artırılması və gənclərin şəxsi və peşəkar inkşafıdır. Təşkilatın ən əsas proqram və layihələrindən biri və ölkə ofislərinin əsas inkişaf göstəricisi onun Təcrübə Mübadilə proqramlarıdır. AIESEC-in Azərbaycan ofisi bu mübadilə proqramlarının nisbi və mütləq artım sayına görə dünya ölkələri arasında ilk 5-likdə yer alıb.

Qlobal AIESEC-in 2016-cı il üçün olan statistikasına əsasən Azərbaycan nisbi inkişafa görə (550%) dünya ölkələri arasında 4-cü yer, mütləq artıma əsasən isə (77) 8-ci yerdə qərarlaşıb. AIESEC-in Avropa regionuna daxil edilən 48 ölkə arasında isə 2-ci yerde qərarlaşan AIESEC Azərbaycan ofisi 2016-cı il fəaliyyətinə görə bir çox ölkələri qabaqlayıb.

Qeyd edəkki 2016-cı il ərzində AIESEC Azərbaycan 115-nəfər Azərbaycan gəncini dünyanın 30-dan çox müxtəlif ölkələrində təcrübə proqramlarına göndərib və dünyanın 35-ölkəsindən olan 117-nəfər xarici gənc könüllülər Azərbaycana gələrək müxtəlif sosial layihələr üzərində işləyiblər. Ümumi Təcrübə proqramlarının sayına görə AIESEC Azərbaycan 2016-cı ili 232 rəqəmi ilə yekunlaşdırıb. 2015-ci ildə bu rəqəm 143 olub.

Əlavə olaraq AIESEC Azərbaycan 2016-cı il ərzində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “YouthSpeak Survey” “YouthSpeak Forum” layihələri həyata keçirmiş, minlərlə Azərbaycan gəncinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında maarifləndirilməsinə nail olmuşdur. AIESEC Azərbaycan həmdə Təhsil, Ətraf mühit, Sahibkarlıq, və sair kimi mövzular çərçivəsində müxtəlif layihələr həyata keçirmiş, yüzlərlə Azərbaycan gəncinin inkişafına töhvə vermişdir.

AIESEC dünyada 68 il Azərbaycanda isə 10 ildirki fəaliyyət göstərir. AIESEC AzərbaycanınQlobal Könüllü” “Qlobal Sahibkar” “Qlobal Talant” proqramları gənclərə xarici ölkələrdə müxtəlif sosial layihələrdə, start-up və şirkətlərdə təcrübə qazanmaq imkanı yaradır.

AIESEC Azərbaycanın əsas əməkdaşları Nar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, GoldenPay şirkəti, Yüksək Texnologiyalar Parkı və ADA Universitetidir.