AIESEC-ə qoşulmağın 5 ən üstün faydası!

AIESEC Azərbaycan yeni üzvlərin qəbuluna başladı, bəs sən dünyanın ən böyük gənclər tərəfindən idarə olunan təşkilatının bir parçası olmağa hazırsan? Elə isə sizə AIESEC-ə qoşulmağın 5 faydasını təqdim edək :

1) Fərdi inkişaf

Siz AIESEC-in üzvü olduğunuz müddətdə liderlik bacarığını , özgüvən, analitik düşünmə qabiliyyətini, vaxtın düzgün idarə olunması kimi mühüm bacarıqları ,sözsüz ki, inkişaf etdirəcəksiz. Belə ki AIESEC-in üzvü olaraq siz müxtəlif layihələrin idarə edilməsində iştirak edir və beynəlxalq təcrübə proqramlarının təşkilatçılığında işləyirsiz. Bu zaman komandada işləmək, gələcək üzvlərin müsabiqəsi, beynəlxalq təcrübə proqramı iştirakçılarının seçimi ilə məşğul olur, onlarla işin təşkil olunmasında yaxından iştirak edirsiniz. Bu sizə insanları idarə etmə, effektiv ünsiyyət, ictimai natiqlik, və digər bacarıqlara yiyələnməyə imkan yaradır. Gənclik illərində bu bacarıqların inkşaf etdirilməsi sizin gələcək həyatınız üçün böyük bir kapitaldır

pro

2) Peşəkar inkişaf

Müxtəlif layihələr üzərində işlədikcə komanda işi , layihələrin düzgün təşkili, ictimai münasibətlər kimi bacarıqlarınızın necə irəlilədiyinin şahidi olacaqsız. Müxtəlif təşkilatlar, şirkətlər, universitetlər və AIESEC-in fərqli ölkələrdəki ofisləri ilə yaxından işləmək sizə peşəkar həyatın qaydalarını öyrədəcək. E-mail və məktubların yazılmasından tutmuş mürəkkəb və irimiqyaslı layihələrin planlaşdırılması və həyata keçirilməsinə kimi müxtəlif sahələrdə təcrübə qazanacaqsınız. AIESEC-in üzvü olmaqla siz İnsan Resursları, Marketinq, Talantın idarə edilməsi, Beynəlxalq əlaqələr, İctimai münasibətlər və digər sahələrdə işləyib peşəkar karyera həyatına ilk addımlarınızı ata bilərsiniz

3) Beynəlxalq şəbəkə

Dünyanın hər yerindən yeni-yeni dostlar qazanacaq, onlarla ünsiyyət quraraq qarşılıqlı mədəniyyətlərarası inkişafa yol açacaqsız. Təsəvvür edin ki, dünyanın 128 ölkəsində 40 000-dən çox üzvə malik olan bir təşkilatın üzvüsünüz. Müxtəlif beynəlxalq konfranslarda iştirak edə bilər, təcrübə proqramlarına qatıla bilər, Azərbaycana gələn yüzlərlə xarici gənclərlə yaxından işləyə bilərsiniz. Bu sizə dünyanı daha yaxşı tanımağa, başqa mədəniyyətlərlə ünsiyyət bacarıqlarının formalaşmasına və beynəlxalq bir şəbəkə yaratmağa kömək edəcək. Düşünün ki, dünyanın onlarla ölkəsində dostlarınız var və siz gələcəkdə səfər edəcəyiniz ölkələrdə onlarla görüşə bilərsiniz. Belə bir beynəlxalq şəbəkənin olması sənin gələcək karyera həyatın üçün ən böyük üstünlüklərdən biri ola bilər

international network

4) Liderlik

Sizin liderlik bacarığınız kiçik komandalarla bitmir. Belə ki, AIESEC yalnız gənclər tərəfindən idarə olunan təşkilatdır və hər dəfə yeni vəzifələr tutmaqla idarəçilik bacarığınızı daima irəli aparmaq şansınız olacaq. Birbaşa vəzifə tutmaqla liderlik bacarıqlarınızın inkişafından savayı adaptiv liderlik bacarıqlarınızın inkişafı da AIESEC-in sizə verə biləcəyi ən böyük imkanlardan biridir. Bu təşkilatın liderlik modelinin 4 əsas elementi var: Özünü kəşf etmək, Başqalarının inkşafınına töhvə vermək, Həll yönümlü olmaq və Dünya vətəndaşlığı. (Self Awareness, Empowering Others, Solution Oriented, World Citizen). AIESEC-in baxışına əsasən liderlik yalnız vəzifə tutmaq deyil , eyni zamanda gündəlik həyatda lider olmaqdır. Bu elementlərin inkişafı sizi adaptiv lider kimi formalaşdırır. Belə ki öz dəyərlərinizi bilib və dəyərlər üzərində mühüm qərarlar qəbul etmək, güclü və zəif xüsusiyyətlərinizdən xəbərdar olmaq, sevdiyiniz işi kəşf etmək, effektiv ünsiyyətçi olmaq, digərlərini öz vizyonunuz altında birləşdirmək, dünyanın problemləri ilə maraqlanıb onların həllinə öz töhfənizi vermək kimi şəxsi keyfiyyətlər sizi lider kimi yetişdirir.

AIESEC

5) Təcrübə

Komanda işləri, müxtəlif görüşlər və təlimlər sizə hər gün yeni bir şey öyrədəcək. Dünyanın başqa ölkələrinə gedib təcrübə keçməklə təkcə özünüzün yox, onlarla insanın həyatının dəyişməyinə səbəb olacaqsız. AIESEC-in ən əsas prinsiplərindən biri də “Learn by Doing”-“Edərək öyrən” dir. Əlbəttə ki, nəzəri biliklər vacibdir, amma praktiki biliklər ondan da mühümdür. Gənc yaşlarınızda bu qədər məsuliyyətli işlə məşğul olmaq , çox qısa bir zamanda komanda idarə etmək, layihələr təşkil etmək və təşkilatı idarə etmək şansını çox az yerdə sizə tanıyırlar. Odur ki faydalanın!

 

Nəticədə, AIESECer olmaqla siz özünüzdə liderlik, yaradıcılıq, hərtərəfli düşünmək, komanda işi və digər həyatınızın hər addımında lazım ola biləcək bacarıqları inkişaf edə bilərsiz. Biz sizə dünyada bölüşülən sevgini və məsuliyyəti hiss etməyə imkan yaradır və onu gücləndirmək üçün bacarıqlarla təmin edirik. Rəsmilikdən kənar, AIESECer olmağın hər dəqiqəsi maraqlı və məsuliyyətlidir!

Son tarix: 5 Fevral , 23:59

AIESEC dünyanın 128 ölkəsində mövcud olmaqla 40 000-dən çox üzvə sahibdir. Təşkilat 2400-dən çox universitetlərlə əməkdaşlıq edir, hər il 50 000-dən çox gənc AIESEC-in təcrübə proqramlarından yararlanır. AIESEC dünyada BMT, Asiya İnkşaf Bankı, DHL, Tata Consultancy Services, Microsoft, PwC sair kimi təşkilat və şirkətlərlə əməkdaşlıq edir. AIESEC Azərbaycanın ən əsas əməkdaşları isə Nar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, GoldenPay, Yüksək Texnologiyalar parkı, ADA Universitetidir.

Müəllif: Cavid Məmmədli